Qazaxıstan iqtisadiyyatı internetə görə 189 milyon dollar itirdi

İnternetin kəsilməsi səbəbindən Qazaxıstan iqtisadiyyatı 189 milyon dollar itirib.

 Lenta.ru saytının yaydığı xəbərdə  qazaxıstanlı istifadəçilərin 95 faizi hələ də internetə qoşulma probleminin yaşadığı bildirilir.

Qeyd edək ki, ölkədə internetin fəaliyyətini dayandırması faktı yanvarın 5-də məlum olub. Respublikada messencerlər, xüsusilə “WhatsApp” və “Telegram” da işləməyib.

Yanvarın 7-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı ölkənin bəzi bölgələrində internetin müəyyən vaxt intervalında açılması barədə qərarı qəbul etdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.