Qloballaşan dünyada özünə layiqli yer tutmaq istəyən ölkələr digər ölkələrlə iqqtisadi, siyasi mədəni əlaqələrin yüksək səviyyədə saxlanılmasına önəm verməlidir. Bu mənada dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan yaxın-uzaq ölkələrlə dostluq və qarşılıqlı faydalı əlaqələrin qurulmasına çalışır. Bu yöndə əməli tədbirlər həyata keçirilir. İstər yüksək siyasi səviyyədə, istərəsə də xalq diplomatiyası səviyyəsində tədbirlər görülür, müxtəlif ölkələrin şəhərləri ilə dostluq əlaqələri qurulur.
Qardaşlaşmış şəhərlər dedikdə böyük və kiçik şəhərlər, hətta coğrafi və siyasi ərazilərdə əyalətlər arasında mədəni – iqtisadi əlaqələrin təmin edilməsi üçün əldə edilmiş müəyyən razılığın daxili və zahiri tərəfləri nəzərdə tutulur. Qeyd edək ki, Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası 1957-ci ildə Fransada yaradılıb. Hələ I Dünya müharibəsi zamanı Avropada antihitler koalisiyasına üzv dövlətlərin bəzi şəhərləri dostluq və əməkdaşlıq əlaqələri yaratmışdılar. Konkret olaraq, 1942-ci ildə SSRİ-nin Stalinqrad və İngiltərənin Kantri şəhərləri arasında bü cür münasibətlərin əsası qoyulmuşdu. 1957-ci ildən sonra isə şəhərlərin qardaşlaşması rəsmiləşdirilməyə başladı. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Böyük Britaniyada Twintowns – yəni “Əkiz şəhərlər” deyə bu anlayışdan istifadə edilir. Bu məfhum Avropa və Amerika ölkələri arasında geniş yayılıb. Avropada bu söz müxtəlif variantlarda səslənir. Adətən ekiz, dostluq və partnyor şəhərlər deyə də adlandırılır. Şimali Amerika, Asiya və Avstraliyada sister cities, yəni bacı şəhərlər, Avropa və Amerikada isə brothers cities, yəni qardaş şəhərlər ifadəsindən istifadə olunur.
Qardaşlaşmış şəhərlərin ilkin bəsit forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olub. Müasir qardaşlaşmış şəhərlərin inteqrasiyası ilk dəfə 1-ci dünya müharibəsindən sonra 1920-ci ildə Keighley və Poix-du-Nord şəhərləri arasında baş tutub. Bu təcrübə 2-ci dünya müharibəsindən sonra da davam edib.
Avropada qardaşlaşmış şəhərlər Avropa Birliyi tərəfindən təmin olunur. Qeyd edək ki, bu təminat sxeminin əsası 1989-cu ildə qoyulub. 2003-cü ildə Avropa İttifaqının illik büdcəsinin 12-milyon avrosu bu sahədə 1300 layihənin reallaşdırılmasına yönəldilmişdi. Beynəlxalq aləmdə aprel ayının sonucu həftəsi qardaşlaşmış şəhərlər günü kimi qeyd olunur. Azərbaycan paytaxtı Bakı da bu ümumdünya tendensiyasından geri qalmayıb və tarixi boyu fərqli qitələrdə yerləşən şəhərlərlə qardaşlaşıb. Bakı ilk dəfə hələ keçmiş SSRİ-nin tərkibində olarkən Afrika dövləti Seneqalın paytaxtı Dakarla qardaşlaşmışdı. 1970-c ildə baş verən həmin hadisənin izləri bu gün də qalmaqdadır. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Dakar meydanı bunun sübutudur.
1970-c iillərdə Bakı İtaliyanın Neapol (1972-ci il), o vaxtkı Yuqoslaviyanın Sarayevo (1975) şəhərləri ilə də qardaşlaşmaq haqqında müqavilə imzalayıb. Bakıda Neapol və Sarayevo küçələri həmin qardaşlaşmanın bir simvolu olaraq qalmaqdadır.
Sonrakı illərdə İraqın Bəsrə (1972), ABŞ-ın Hyuston (1976) şəhərləri də Bakı ilə qardaş şəhər olublar.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının dünya şəhərləri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoydu. Bu illərdə Bakı Rusiyanın Moskva və Sankt-Peterburq, Ukraynanın Kiyev, Səudiyyə Ərəbistanının Ciddə, İranın Təbriz, Fransanın Bordo, Cənubi Afrika Respublikasının Pretoriya, Almaniyanın Maynts, ABŞ-ın Honolulu və Vaşinqton, Türkiyənin İstanbul və İzmir şəhərləri ilə qardaşlaşıb.
Azərbaycan şəhərləri də bir sıra dünya şəhərləri ilə qardaşlaşmış şəhər statusunu daşıyır. Bu şəhərlər aşağıdakılardır.
Bakı
1. Honolulu, Havay adaları, ABŞ
2. Hyuston, Texas, ABŞ
3. Mayns, Almaniya
4. Sarayevo, Bosniya və Herseqovina
5. Yohanesburq, Cənubi Afrika Respublikası
6. Bordo, Fransa
7. Bəsrə, İraq
8. Amman, İordaniya
9. Təbriz, İran
10. Neapol, İtaliya
11. Kiyev, Ukrayna
12. Sankt-Peterburq, Rusiya
13. Dakar, Seneqal
14. Ciddə, Səudiyyə Ərəbistanı
Gəncə
1. Moskva, Rusiya Federasiyası
2. Rustavi, Gürcüstan
3. Olomouc, Çexiya
4. Kutaisi, Gürcüstan
5. İzmir, Türkiyə
6. Dərbənd, Rusiya Federasiyası
7. Qars, Türkiyə
8. Bursa, Türkiyə
9. Ankara, Türkiyə
10. Elazığ, Türkiyə
11. Nyuark, Nyu Cersi, ABŞ
12. Dnepropetrovsk, Ukrayna
13. Düşənbə, Tacikistan
14. İzmir, Türkiyə
15. İstanbul, Türkiyə
16. Konya, Türkiyə
17. Ordu , Türkiyə
18. Vunqtau, Vyetnam
19. Moskva, Rusiya
Sumqayıt
1. Lüdviqşafen, Almaniya
2. Bari, İtaliya
3. Çerkassı, Ukrayna
4. Cu Cou, Çin Xalq Respublikası
5. Ceyhan, Türkiyə
6. Rustavi, Gürcüstan
7. Mogilyov, Belarus
8. Lints, Avstriya
9. Piteşti, Rumıniya
10. Aktau, Qazaxıstan
11. Genuya, İtaliya
Şəki
1. Giresun ,Türkiyə
2. Qabrovo, Bolqarıstan
3. Slutsk, Belarus
4. Lapseki, Türkiyə
5. Jmerinka, Ukrayna
6. Telavi, Gürcüstan
Xankəndi
1. Ağrı, Türkiyə
2. Kazan, Rusiya Federasiyası
3. Saratov, Rusiya Federasiyası
4. Həsənli, İran
Şirvan
5. Etimesqut, Ankara, Türkiyə
Mingəçevir
6. Tolyatti, Rusiya
7. Gölbaşı, Ankara, Türkiyə
8. Polotsk, Belarus
Şamaxı
1. İğdır, Türkiyə
Şərur
1. İğdır, Türkiyə
Lənkəran
1. Monterrey, Kaliforniya, ABŞ
Xocalı
1. Lidiçe, Çexiya
Bu siyahı ildən- ilə artmaqdadır. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur. Bu mənada multikultural ideyaları ilə dünyaya çağırış edən Azərbaycan təhsil istiqamətində də bir sıra tədbirlər həyata keçirir, qardaşlaşmış şəhərlərin aili məktəbləri arasında tələbə və müəllim mübadiləsi aparılır.
Qardaşlamış şəhərlər arasında ən çox mədəni əlaqələrin inkişaf etdiyini söyləmək olar. Çünki mədəniyyətin sərhədi və dili yoxdur. Buna görə onun üzünə bütün qapılar açıqdır. Bu günlərdə Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət işçiləri Azərbaycanda qonaq olaraq mədəni ongünlük təqdim etdilər. Analoji tədbirləri Azərbaycanın incəsənət ustaları da müxtəlif ölkə və şəhərlərdə həyata keçirməklə Azərbaycanın adət və ənənələrini dünyaya tanıdırlar.
Məsələn, uzun illərdir Gəncə ilə Kutaisi qardaş şəhərlərdirlər. Kutaisinin meri Şota Murquliani bildirib ki, bu şəhərlərin turizm potensialı, iqtisadiyyatı, hətta əhalinin yaşayış tərzində də oxşarlıqlar var və Gəncə ilə Kutaisi qardaş şəhərlər olduğunu əməli işləri ilə göstərəcək.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov isə bildirib ki, iki ali təhsil müəssisəsinin professor, müəllim və tələbələrinin əməkdaşlığı uğurla davam etdirilir, eyni zamanda, aqrar sahədən bəhs edən birgə elmi jurnalın nəşri də həyata keçirilir. Bu kimi tədbirlər qardaşlaşma axınına qoşulmuş digər əyalət şəhərləri ilə də həyata keçirilir.