Qarabağ müharibəsi veteranları ilə gənclərin görüşü olub

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində Göygöl rayon Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri Araz Abbasov və onun müavini İntiqam Həşimovla görüş keçirilib.

Görüş zamanı qonaqlar 1-ci və 2-ci Qarabağ müharibəsi dövründə keçdikləri döyüş yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun gücü sayəsində əldə olunduğunu bildiriblər.

Tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarənin rəisi Həmid Nəsirov “Vətən müharibəsi dövründə şanlı ordumuza, qazilərimizə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə” Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.