Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsinə müraciətlərin qəbul vaxtı uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış video materialları 25 may 2021-ci il tarixinədək press@edu.gov.az elektron ünvanına göndərməlidirlər.
Etmtv.news Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqə “Qalib əsgərin müəllimi” ( şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk), “Ön cəbhədə döyüşən müəllim” ( Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi) başlıqlar üzrə keçirilir.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.