Qalib əsgərin hekayəti –Hədəfə tam dəqiq atəşimiz nəticəsində düşmənin 877 nəfər şəxsi heyətini məhv etdik!

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində unudulmaz bir qəhrəmanlıq mərhələsidir. Xalqımız haqlı olaraq daima öz qəhrəmanları ilə öyünür, onları  qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu isə hamımız üçün örnəkdir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, bizim hamımız Vətənimizin əsgərləriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq.

Vətən müharibəsinin fəal iştirakçıları olmuş və xalqımızın qələbəsinə layiqli töhvəsini vermiş igidlərlə fəxr edirik. Bu igidlərdən biri  də Yusubov Pərvin Ələddin oğludur. Onunla Gəncə şəhərində qazi idmançılar ilə görüşümüz zamanı tanış olduq. Görüşdə öz döyüş xatirələrini danışdı. Və qəlbimdə qalib əsgərin hekayətini qələmə almaq həvəsi baş qaldırdı. Belə oğulları olan Vətən heç zaman basılmaz!

 -Pərvin, özün haqqında bir neçə kəlmə danış.

-5 yaşımdan idmanla məşğulam. Yeniyetmələr arası kikboksinq üzrə  Azərbaycan  birinciliyinin gümüş mükafatçısı və Azərbaycan kubokunun sahibiyəm. Əsgərlikdən  sonra Taekvondo  ilə  məşğul oldum. Kişilər arasında Taekvondo üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı, milli komandanın üzvü və Beynəlxalq dərəcəli 1-ci və 2-ci Dan qara kəmər sahibi, Taekvondo idmanı üzrə Respublika dərəcəli hakim və Taekvondo Federasiyasında məşqçi vəzifəsində çalışıram. 2012-ci ildən Gəncə Təhsil RİM-in taekvondo bölməsində məşqçi – müəllim vəzifəsində işləyirəm.

Biz ailədə 3 kişi olmusuq. Atam və biz – əkiz oğulları. Atam 1-ci Qarabag müharibəsində könüllü olaraq zabit kimi iştirak edib. İdman Akademiyasını bitirib. Müharibədə Kəşviyyat taborunun tagim komandiri, leytinant olub. 1- ci Qarabag müharibəsində son gunə kimi döyüş əməliyyatlarında olub, Kəşviyyat Böluk komandiri və xidmət rəisi vəzifələrində işləyib. Müharibə zamanı baş leytenant rütbəsinə layiq görülüb. Atam muharibə zamanı 4 dəfə güllə yarası alıb və hər dəfə də  sağalanandan sonra döyüşlərə geri qayidib. 1 Qarabag Veteranı olan atam  2015 – ci ilin oktyabrında rəhmətə gedib. Atam İdman Akademiyasını bitirdikdən sonra 1979-cu ildən Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə müəllim ve bədən tərbiyə rəhbəri vəzifəsində 36 il işləyib. 3 saylı tam  orta məktəbin fəxri müəllimidir.

-Könüllü olaraq döyüşə yollanmağınızın xüsusi bir tarixçəsi var. Oxucularla bölüşərdiniz…

 -Sentyabr ayının 10 – dan könüllü olaraq  döyüşlərdə iştirak etmək üçün Gəncə şəhər Kəpəz rayon Hərbi komisarlığına ərizə yazdım. Oktyabrın əvvəlinə kimi dəfələrlə getsəm də məni qəbul etmədilər və sonunda 13 oktyabrda hay-küy saldıqdan sonra məni qəbul etdilər və karona təsdinə çağırdılar. Ayın 15-də  isə Agcəbədi rayonu Daş körpü qəsəbəsində yerləşən “N” sayli hərbi hissəyə apardılar.

 -Döyüşə belə can atmağınızın səbəbi nədə idi?

  -2006 – ci ilin may ayının 11 – də əkiz qardasım Yusubov Tural Ələddin oglu ilə birlikdə həqiqi hərbi xidmətə yolanmışıq. Fizulu rayonu Şükürbəyli kəndində yerləşən “N” sayli hərbi hissənin Kəsviyyat əlahiddə bölüyündə, minaatan batareyası və Rabitə bölüyündə Sürücü, atıcı və manqa komandiri vəsifəsində qulluq etmisəm. Fizuli rayonu Kürmahmudlu, Horadiz və Alxanlı kəndlərində döyüş postlarında düşmənlərimizə qarşı döyüş növbələrində olmusam və 7 noyabrda pnevmaniya, ciyərə su yığılması aşkarlandıqdan sonra hərbi qospitala göndərildim.

11 noyabr 2006 – ci ildə düşmənlərin açdığı atəs nəticəsində postda duran əkiz qardaşım həlak oldu. Dünyada ən dəyərli və güvəndiyim adamı itirdim. Onsuzda erməni adlı düşmənə nifrətim sonsuz idi. Qardaşımın həlak olması, xalqımızın başına gətirdikləri müsibətlərə görə mən də bir vətənpərvər gənc kimi kənarda qala bilməzdim. Uzun zaman onlardan bu qisasın nə vaxt alınacağı günü gözləmişdik. Həmin gün gəlib yetişdi və mən də xalqıma öz borcumu verəcəyim günün elə bu gün olduğu qərarına gəldim. Aparmaq istəmirdilər. Amma təkidli xahişlərimi nəzərə alıb cəbhəyə yollanmağa icazə verdilər. Hərbi komisarlıqda bu gün də məni yaxşı xatırlayırlar…

 -Müharibənin çətin yolları var. Hərə bu yolu bir cür təsəvvür edir. Bu şərəfli yol sizin xatirinizdə necə qalıb?

-Müharibədə cətin günlərdən kecdik, soyuq, yağışlı havalarda toplarimiz üçün mövqelər qazdıq. Dayanmadan atəs açırdiq. 20-25 kiloluq mərmiləri dasıyaraq yemək yemədən düşmənlə döyüşürdük. Ən əsası da hər birimiz bir – birimiz üçün calişırdıq.  Hər bir əmr və tapşırıqda könüllü olaraq irəli cıxırdıq ki, yanımızdakı qardaşımız cətinlik çəkməsin. Yemək   yeyəndə də  özümüzdən əvvəl əsgər qardaşımızı düşünürdük.

 Mən “N” saylı hərbi hissədə D30 divizionunun BBZ manqasının Baş sürücüsü vəzifəsində döyüşlərdə iştirak etdim. Mənim vəzifəm divizionumuzu təyin olunmuş yerə və tam şəxsi heyətlə çatmasında rəhbərlik etmək idi. Aydındır ki, müharibənin ortasında həm mərmilər, həm də yerdə olan minalardan yayınmaq və 180 nəfərlik divizionun ən önündə onlara bələdçilik etmək, sərəfli olduğu qədər də,  çox məsuliyyətli bir işdir. Amma bundan əlavə olaraq, top heyətində də  iştirak etdim və əsasən 1- ci top heyəti ilə döyüşlərdə atəş açırdım. Müharibənin bizlərə öyrətdiyi ən əsas şeylərdən biri də odur ki,  kim olusan ol, nə vəzifəsini daşıyırsam daşı, əlini yanına salıb boş durma, qalib gəlmək üçün yerindəcə köməklik elə. Yəni sürücü olsan da mərmi daşıyıb, mərmi doldurub, atəs açırsan.

-İlk döyüşünüzü neə xatırlayırsınız?

-İlk döyüşə 22 oktyabrda başladıq. Fizuli rayonu Kərimbəyli kəndində keçdiyimiz təlimlərdən sonra  D30 toplari ilə döyüşlərdə iştirak etdik. Bu şərəfli yolda qardaşımı itirdiyim Fizuli rayonuna yenidən qayıdıb qisasımı almaq üçün döyüşlərə başlamışdıq.Təlimlərdə D30 topunun  texniki  xarakterini düzgün və dəqiq öyrəndiyimiz üçün döyüş tapşırıqlarında düşmənə  sarsıdıcı zərbələr vurmağa nail olduq.

Döyüşlərə girdiyimiz anda ağır artileriya olduğumuz üçün gece vaxtları döyüşəcəyimiz yerlerə yolanır, kəşviyyat aparır,  cətin yollar, yağışlı hava səraiti və düşmənin mərmi və minalarından yayınaraq, yağışlı havada toplarımıza atəs mövqeyində topları gizlətmək və təpmə məsafəsini azaltmaq üçün yağışlı gecelərdə palcıq və sərt səraitdə yer və səngərlər qazırdıq.  Belə günlərdə heç yemək yeməyə vaxtımız belə olmurdu. Yuxunu unutmuşduq və sadəcə düşmənə atəş açmaq üçün döyüş tapşırığını yerinə yetirirdik. İlk atəşi  açdıqdan sonra 2 saniyə dayandım. Qardaşımın və Xalqımızın qisasını almaq üçün döyüş tapşırığımız başlamışdı. Atəş açdığımız an mərminin arxasınca baxdım, hansı isdiqamətdə getdiyini bilirdim, amma, mərminin nece getdiyini görə bilmirdim. Axı o isıq sürətilə gedir. O an nifrətim, kinim və pis insalara olan soyuqluğum bitdi. Həmin an sadəcə döyüşçüyə çevrilmişdim.  Sonra rabitə vasitəsi ilə düşmənə dəqiq zərbə vurduğumuzu bildikdə, sanki dunyada ən güclü adam kimiydim. Fizuli, Cəbrayıl və Xocavənd rayonlarında 22 gun üst-üstə döyüşlərdə olduq. Mən divizionun BBZ manqas, yəni kəşviyyat manqasının baş sürücüsü idim.  Vəzifəmiz divizon üçün mövqeyi təyin etmək, təhlükəsiz ərazidə yerləşdirmek, divizionu həmin yerə tam heyətlə və toplarımızla yerləşdirmək idi. Manqamız kəşviyyat manqa komandiri, radio telefoncusu,  bussolist, bas sürücü və sürücüdən ibarət idi.

 – Apardığınız döyüşlərdə ən yaddaqalanı hansılar olub?

 -Xatirimizdə kök salan, ən yaddaqalan gün Xocəvənd döyüşü oldu. Çunki, 2 km məsafədən düşmənə atəs acırdıq. Top üçün bu, qarsı – qarsıya atəs açmaq demək idi . Hava səraitnin pis olması, aclıq, susuzluq və yuxusuzluq… Amma bu dəfə də biz qarşımıza qoyulmuş döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldik.

Xocavənd rayonu Qırmızıbazar qəsəbəsini də 2 km-dən atəşə tuturduq. 144 mərmi atdıq sadəcə 1 gun ərzində. Hədəfə tam dəqiq atəşimiz nəticəsində düşmənin 877  nəfər şəxsi heyətini məhv etdik. Hərbi avtomobil kalonlarını, artileriya batareyasını və  mina atan batareyasını məhv etdik…

  -İşğaldan azad edilən ərazilərdə erməni vəhşiliklərinin izlərini görürdünüz. Hansı hissləri keçirirdiniz?

 Bu hissləri sözlə anlatmaq çox çətindir. Məsələn, Xocavənd rayonu Zoğalbulaq kəndində Qəhrəman Əsgər abidəsi var idi. Alt hissəsindəki lövhədə isə 1941- 1945-ci illər müharibəsində həlak olmuş Azərbaycanlıların ad və soyadları  həkk olunmuşdu. Bu adları şəxsən oxudum, kiril əlifbası ilə yazılan bu adlar ermənilər tərəfindən güllələnərək oxunmaz hala gətirilsə də, bu torpaqların bizə aid olmasına əyani sübut idi. İşğaldan azad etdiyimiz ərazilərdə ermənilərin törətdiyi vəhşiliklər biz əsgərləri dəhşətə gətirirdi. Dağıdılmış kəndlər, qəsəbələr, şəhərlər… Bütün bunları öz gözümüzlə gördükdən sonra düşmənə olan nifrətimiz daha da artırdı, bunun qisasını birə min almağa tələsirdik. Qisası artıqlaması ilə aldıq. Düşməni diz üstə çökdürdük. Böyük Qələbə bizə nəsib oldu. Həmin gün Azərbaycan əsgərinin sevincini sözlə ifadə etmək mümkün deyil.  Bunu yalnız yaşamaq olar!…

Müharibədə qazandığımız cəhətlər çox oldu. Möhkəm və qırılmaz əsgər dostluğu, mətanət, igidlik, qorxmazlıq, rəşadət, əsgəri borcuna sədaqət… Bütün bunlar insanı bütün ömrü boyu ən xoş xatirə kimi müşayiət edəcəkdir. Bunlarla yanaşı ən xoşbəxt anlar kimi müharibədə yaşadığımız bu günlərdə həyatıma başqa bir ekizi – nişanlımı gətirdi. Əsgər yoldaşımın hən baldızı, həm də bibisi qızı olan, özüm kimi əkiz olan bir xanımı tapdım… Şərəfli müharibəmizdən isə geriyə  möcüzələr və həyat dərsi qaldı…

P.S. Pərvin Ələddin oğlu Yusubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə “Füzulinln azad edilməsinə görə”, “Cəbrayılın azad ediməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.

 

One Comment on “Qalib əsgərin hekayəti –Hədəfə tam dəqiq atəşimiz nəticəsində düşmənin 877 nəfər şəxsi heyətini məhv etdik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.