Prezidentimiz dünya miqyaslı, çox böyük siyasətçidir – Xalq şairi

“Xeyli müddətdir ki, karonavirusdan sağalmışam. İndi özümü çox yaxşı hiss edirəm”.

Bunu  Publika.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Xalq şairi bildirib ki, hazırda evindədir və yaradıcılıqla məşğuldur:

“2021-ci ildə kitablarım çap olunacaq. Əvvəlki qaydada işləyirəm. Yaradıcılıqla məşğulam. Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni ilin gəlişi münasibəti ilə təbrik edirəm! 2020-ci il bizim üçün uğurlu oldu. Cəmi 44 gün ərzində Ali Baş Komandanımızın və ordumuzun, xalqımızın gücü ilə torpaqlarımızı azad edə bildik”.

90 yaşlı Xalq şairi bildirib ki, bu böyük naliyyətdir:

“Prezidentimizin də dediyi kimi, ordumuzun bu uğuru indi dünya hərb məktəblərində tədris olunur, öyrənilir. Bunu səmimi deyirəm, bizim Prezidentimiz dünya miqyaslı, çox böyük siyasətçidir. Bir daha xalqımızı bu qələbə münasibəti ilə təbrik edirəm!”.

Tural Turan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.