Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik teleqramında deyilir: “Sizin 75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz uzun illərdir ki, dostluq əlaqələrinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında məhsuldar əməkdaşlığa mühüm töhfə verirsiniz. Əlbəttə, Rusiyada sizin bəstəkar, musiqiçi və artist kimi parlaq istedadınızı yüksək qiymətləndirir, ilhamverici yaradıcılığınızı qəlbən sevirlər”.
Rusiya Prezidenti Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıb.