Ermənistanın Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə almasından məqsəd panika, xaos, qorxu yaratmaqdır. Bu gün Azərbaycan tam başqa bir ölkədir. Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişib. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir.
Etmtv. news xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində düşmənin mülki əhaliyə hücumlarının məqsədi barədə danışarkən deyibhərbi əməliyyatlkünlüyü barədə sualını cavablandırarkən söyləyib.
Azərbaycan Prezidenti deyib ki, dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir… Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır.
Düşmənin bu xain hücumlarından digər bir məqsədin Azərbaycanı dayandırmaq olduğunu bildirən dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”.