Plyumbum, yaxud təhlükəli oyun…14 Fevral Kitab bağışlama gününüz mübarək!

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. Gəncə şəhərində də bu bayram kimi qeyd edildi. Amma bizim bu bayrama xüsusi bir yanaşmamız var. Cəmiyyətdə yazarlara olan münasibət dəyişmir.

İllərlə bizlərə olan pis münasibətə tutarlı bir reaksiya verə də bilmirik. Min zülm və əziyyətlə yazdığımız, müəllifi olduğumuz kitabları kimlərsə özünküləşdirir, yaxud adımızı saxlamaqla kitablarımızı mətbəələrdə vurdurub satdırır. Həsən soxdu dəyirmanıdı, kim nə istəyir edir. “Kitab bağışlamaq”dan day bezmişik…

Amma, əsası tək bu deyil. Yəqin ki, Regional Mədəniyyət İdarələri ilə kitablar uğrunda savaşımıza həsr olunan yazılarımıza rast gəlmisiniz. Bəs bu yazılar niyə dərc olunub ictimailəşdirilir? Bizi necə incidirlər, işimizə necə maneəçilik edirlər?

Səbəbini anlatmaq üçün Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsini misal çəkək.

5 ildir ki, eyni məzmunlu məktublar, müraciətlər, sorğular göndəririk.Bu illər ərzində neçə-neçə kitablar nəşr etdirmişik. “Gəncə Vətən müharibəsində”, “Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov”, “II Dünya müharibəsinin azərbaycanlı qəhrəmanları əsərlərdə və dövri mətbuatda”, “Qalib əsgərin hekayəti”, “Aramızda bir igid vardı”,” Ulu öndər və Azərbaycan”, İlham Əliyev və Azərbaycan”, “Pedaqoji söhbətlər”, “Təhsil ocaqlarında Heydər Əliyev irsinin təbliği” … neçə -neçə belə kitab… Hamısı da Gəncəyə, bu şəhərin ictimai-siyasi həyatına aid. Sonuncu kitab ümumiyyətlə Mədəniyyət Nazirliyi tərəfindən dərc edilib, respublikamızın kitabxanalarına paylanıldı. Bu kitabların hamısı Prezident Kitabxanasının elektron kataloquna salınmışdır. Amma hazırlanarkən əllərindən gələni ediblər ki, bu kitablar ərsəyə gəlməsin, onlardan da heç bir məlumat alınmasın.

İllərlə bu idarəyə yazdığımız məktublara başdansovdu cavablar yazılmış, sanki “başımızdan açıl” demək istəmişlər.

Bəs biz yazarlara münasibət niyə belə olmuşdur? Açıq yazacağam:- Cinayətkar yuvası olan Regional İdarədə bir nəfər belə savadlı yaradıcı insan yoxdur. Sanki bütün yazıçılar onların düşmənidir. Bir neçə öz curlarından başqa. Müstəqillik illəri yalnız bunlara düşərli olub, harda cinayətkar var bura yığışıb. (Özü ilə də digərini gətirib). Düzdür zaman keçdikcə onların hamısı cəzalandırılıb, amma xəstəliyin kökü hələ də durur. Nə qədər adama cinayət işi açılıb, nə qədəri işdən qovulub. Üstündən bir müddət keçib, “pırtlayıb” başqa bir vəzifədə zühur ediblər.

Gör zəmanə nə günə qalıb ki, vaxtı ilə işdən çıxarılan “mraz” ləqəbli birisi indi bütün mədəniyyət obyektlərindən aylıq hesab yığıb harasa daşıtdırır. “mister” ləqəbli bir dələduz oturub idarədə mrazlara gələcək bütün xəta-bəlaları onlardan uzaqlaşdırır. İnsanlıqdan uzaq (cinayətkar) bir qruplaşma, mədəniyyətə, dövlətçiliyə, hətta yaradıcılığa belə burada yer yox. Məktubumuza yazılan sonuncu cavab isə ümumiyyətlə bütün sədləri aşmaqdır. Bizə qarşı artıq açıq təhqirə keçilib, yazıçıya maneəçilik etməyə də savad və qabiliyyətləri çatmır. Savad və qabiliyyətləri çatırsa, nümayiş etdirsinlər.

Biz də əvəzində onlara cavab ünvanlayırıq:- Nə istədiyimiz məktubda açıq yazılıb. Sizin savadsız olmanızda bizim suçumuz nə?

Hüquq-mühafizə orqanlarının yenidən işə qarışmasına ehtiyac var. Nə yaxşı ki, onlar var!

Ətraflı növbəti yazımızda…

Çox çəkməz!

Bu məktub isə manşetdə verilən məktubun əsasında yazılaraq onlara göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.