Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

2019-2020-ci tədris ili üçün 15 müxtəlif istiqamət üzrə peşə təhsili müəssisələrinin 49 nəfərdən ibarət mühəndis-pedaqoji heyəti  Türkiyədə təlimlərdə iştirak edirlər.

Hazırda  İzmir və İstanbul şəhərlərində avtomobil, elektrik, incəsənət, inşaat, mebel və kənd təsərrüfatı istiqamətləri üzrə təlimlər davam etdirilir. Təlim zamanı müəllimlər kənd təsərrüfatı üzrə meyvə-tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə isə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycan və Türkiyə  arasında peşə təhsil sahəsində əməkdaşlığa əsasən təlimlərin İstanbul, Ankara və İzmir şəhərlərində keçirilməsi nəzərdə tutulub. Təlimlərin təşkilində məqsəd peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin kvalifikasiyasının artırılmasıdır.

Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.