Qarabağla bağlı əldə olunan razılaşma erməni qoşunlarını mühasirəyə düşməkdən və dağılmaqdan xilas etdi.
Etmtv. news xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib.
“Baş Qərargah mənə arsenalla əlaqədar problemlərimiz olduğunu bildirdi. Artsaxın (qondarma Dağlıq Qarabağ rejimi) siyasi rəhbərliyi bu mövqeyi bölüşdü. Xankəndi müdafiəsiz qalmışdı. Nəticədə tam bir çöküş olardı. İmzalanan sənədlə daha böyük itkilərdən qaça bildik”, – Paşinyan deyib.