Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verildi

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə bu ölkənin Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərininin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.

Bu münasibətlə keçirilən açılış mərasimində Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan, Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman, şəhər komissarının müavini Xalid Xan, ictimai-siyasi xadimlər, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş direktor Mian Şəfiq Ur Rəhman, qonaqları salamlayaraq Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu ifadə edib.

Tədbirdə həmçinin, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xatirəsinə dualar oxunub və ağac əkilib.

Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.