““Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir. Bu məktəblərdə ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənclər iştirak etdi. Gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-biri ilə ünsiyyət qurdular. Nəzərdə tutulmuş proqrama uyğun olaraq gənclərin YAP-ın funksionerləri, Milli Məclisin deputatları ilə görüşləri təşkil olunub, onlara partiyamızın qurucusu, Azərbaycanda gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib. Bu, gənclərimizə Heydər Əliyevin gənclər siyasəti, mübariz ruhlu gənc nəslin yetişdirilməsindən geniş gəaliyyəti barədə dərin biliklər əldə etməsində mühüm rol oyanayır. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib, eləcə də, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər təşkil olunub. Bir sözlə, “Yay məktəbi” uğurla başa çatıb və gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər. Eyni zamanda, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətin formalaşmasına təkan verilib.
Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. Ölkə gəncləri də öz növbəsində müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər etməli, Vətənimizin inkişafı naminə səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar”-deyə, P.Kərimzadə vurğulayıb.