Daşkənddəki Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun tələbələri və 48 nömrəli orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.
Əvvəlcə tədbir iştirakçıları foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova onlara Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri haqqında məlumat verib, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsindən danışıb.
K.Pirməmmədova bildirib ki, ermənilər Xocalıda bir gecədə 613 dinc sakini qətlə yetirərək, misli görünməmiş soyqırımı törədiblər.
Sonra müəllim və şagirdlər Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi, mərkəzin kitabxanası ilə tanış olublar.