Özbəkistanın Turon kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş kitabxana sistemi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın tarixi Turon kitabxanası ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Layihəyə Azərbaycan və Özbəkistanın mədəniyyət nazirlikləri müvafiq dəstək göstərib.Bununla əlaqədar Daşkənddəki Turon kitabxanasında mərasim keçirilmişdir. İştirakçılar ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Turon kitabxanasında yaradılmış Qarabağ guşəsini ziyarət etmiş və guşəyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr etmişlər. Memorandumda iki kitabxana arasında münasibətlərin genişləndirilməsi, daha da inkişaf etdirilməsi, elm, təhsil və ədəbiyyat sahəsində maraq doğuran informasiyaların mübadiləsi, hər iki ölkənin tanınmış tarixi şəxsiyyətlərinin, mədəniyyət-sənət nümayəndələrinin qarşılıqlı yubileylərinin, yaradıcılıq gecələrinin təşkili, xalqların zəngin tarixi, mədəniyyəti, adət və ənənələri mövzusunda beynəlxalq tədbirlərin, konfransların keçirilməsi, kitabxana-informasiya sahəsinin aktual problemləri, kitabxanaların avtomatlaşdırılması məsələləri ilə əlaqədar təcrübə mübadiləsi və əməkdaşlığın həyata keçirilməsi, virtual sərgilərin təşkili, birgə konfrans, seminar, təqdimat, sərgi və müzakirələrin reallaşdırılması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Mərasimin sonunda Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Qızıl körpü” adlı sənədli film nümayiş etdirilmişdir. Film Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanıb və filmdə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, strateji əməkdaşlıq və bu istiqamətdə həyata keçirilən işlər, layihələr öz əksini tapıb.

Mərasim Özbəkistanda keçirilən Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və sənət günləri çərçivəsində keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.