Son aylar peşəkar jurnalistlərə hücum və təzyiqlər pik həddə çatıb. Azad sözü, demokratiyanı şərbazlıqla, söyüşlə, təhqir və böhtan yağdırmaqla səhv salan, elementar jurnalist mədəniyyətinə, bu sahədə savad və qabiliyyətə malik olmayan, yalnız “bu belə dedi, bu belə elədi” xəbərlərinin şərhindən başqa əllərindən bir şey gəlməyən insanlar təmtaraqlı saytlar açıb, bütün vücudilə küçə qaydalarını jurnalistikaya gətirib. Anlaya bilmirlər-jurnalistika nədir, insaniyyət nədir, milli düşüncə və dövlətçilik anlayışları nədir, jurnalistikanın bu işdə rolu nədən ibarətdir, bu sahədə çalışan insanlar hansı işlərlə xalqına və dövlətinə xeyir gətirməlidir…El dilində desək, “ağızlarına nə gəldi, beyinlərinə nə girdi yazırlar”. Səbəbi? Əvvəllər də yazdığımız kimi savadları yoxdur, həmvətənlərinə qarşı məhəbbət, xalqına və dövlətinə sonsuz məhəbbət yoxdur, analitik düşüncə qabiliyyətinin olmadığından elmə, təhsilə, insan şəxsiyyətinə, onu əməyinə, qabiliyyətinə hörmət hissi yoxdur. Bu hisslər, qabiliyyət, insani keyfiyyətlər olmadığından da qarşısındakı insanın illər uzunu çəkdiyi əməyi, qəlbini, istəklərini və əqidəsini başa düşmək onlar üçün çətin-müşkül bir işə çevrilir. Məsələn, Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu heç cür başa düşə bilmir ki, yazıçı, jurnalist, tərcüməçi, publisist Ruhulla Zahidov nə üçün elmə, təhsilə, vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğinə cilid-cilid kitablar həsr edib. Nə üçün ən yüksək insani keyfiyyətləri önə çəkir, bu yolda illər uzunu əzablı yollar keçib, ehtiyac içində üzsə də, zəhməti hesabına bu günə gəlib çıxıb. Onun mənim şəxsiyyətim və jurnalistik bacarığım haqqında hazırladığı yazılarında söz ehtiyatı yalnız bizə qarşı təhqir, şər, yalan və böhtan dolu sözlərdən ibarətdir- “Əhəd Abıyev öyrədib, özünü jurnalist elan edib, anormaldır-yəni avtomatik olaraq ruhi xəstədir, ona heç qardaşları belə salam vermir, işi-gücü kitab-dəftər satmaqdır, qrammafondur”… Özü də gözəl bilir ki, yazdıqları, danışdıqları yalandır. Amma edir. Niyə edir? Çünki, insanı bu yalanlarla əzmək həvəsindədir. Çünki, qabiliyyəti yalnız buna çatır. Qabiliyyəti olsaydı elə onun əməllərinə həsr etdiyim publisistik yazını təhlil edər, özünün iyrənc xüsusiyyətlərini anlayıb, səhvlərini düzəltməyə çalışardı. Amma etməz.
Bu siyahını uzatmaq da olar. Amma, yazmaz ki, Ruhulla Zahidov qeyrətli, namuslu, yaradıcı insandır, onun barəsində illərdir aşağılayıcı sözlər danışırıq, insanları çaşdırırıq, onun jurnalistikada əməyini, cəmiyyət qarşısında xidmətlərini, şəxsiyyətini aşağılayırıq, o isə bu illər ərzində humanistlik göstərir. Başını aşağı salıb cilid-cilid kitablar yazır, xalqına və dövlətinə xidmət edir. Yazmır ki, bu insan fədakardır, sağlam düşüncə sərgiləyir, onun üçün pulun həyatda elə də bir önəmi yoxdur, bu şəxs insanlara məhəbbətlə yanaşır, çünki, ən yüksək, ali dəyərlərlə malikdir və həyatda da bu hissləri nümayiş etdirir. Əvəzində yazır ki, başıxarabdır, şərbazdır, nə bilim nədir. Guya ki, biz düz sözü deməklə ona şər atırıq. Bir sözlə özünə nə aiddirsə, onu da bizə yazır. Çünki, əlinə qələm alan bütün savadlı, qeyrətli insanlar onun düşmənidir. Onda bu qabiliyyət, bu istək, cəfakeşlik olmadığından da peşəkar jurnalistə “özünü jurnalist elan edib” yazır. Fikirləşmir ki, Ruhulla Zahidov Gəncə şəhərində fəaliyyət göstərən yeganə diplomlu jurnalistlərdən və bu sahədə ən məhsuldar yaradıcı insanlardan biridir. Minlərlə insanın sevimlisi olan hörmətli bir yazarı, publisisti “şərbaz”, “qrammafon” adlandırır. Çünki, jurnalist deyil, sadəcə bu adı mənimsəyib. Əks təqdirdə, müəllifi olduğum, elmi, təhsili, mədəniyyəti, qəhrəman və qəhrəmanlığı tərənnüm edən kitablara, ssenari müəllifi olduğumuz filmlərə hörmətlə yanaşardı. Daha orda-burda danışmazdı ki, guya, mənim müəllifi olduğum və tərcümə etdiyim kitabları guya ki, əmim Ruhulla yazıb və mən də guya ki, onun adından istifadə edirəm. Yazıq əmim – o, 1941 -ci ildə Böyük Vətən müharibəsinin elə ilk günlərində həlak olub.
Əxlaqına bərəkallah! İnsan nə qədər əxlaqdan kəm olmalıdır ki, özünə belə şeyləri rəva bilsin.
Onda yaradıcılıq qabiliyyəti yoxdur. Varsa, bir əsər ortaya qoysun, istəyini, həyati məqsədlərini dilə gətirsin elmi axtarışlarında, jurnalist araşdırmalarında. Ermənilərlə informasiya müharibəsinə girişsin, azərbaycanlı qəhrəmanlar haqqında kitablar hazırlasın. Çətin işdir? Əlbəttə ki, bu sənin kimilər üçün əlçatmaz röyadır. Elə deyilsə, əksini sübut edəcək bir dəlil gətir.
Gəncə şəhəri sənin kimilərlə doludur. Lap açıq yazacam-işləri gücləri də məhz bu xalq üçün qeyrətli işlər sərgiləyən insanları gözdən salmaq, aşağılamaqdır. Sanki, bununla ürəklərinin tikanını çıxarırlar. Çünki, onlar kimi ola bilmirlər-çünki, yüksək insani keyfiyyətlərə malik deyillər. Hardasa, təhsillərində, tərbiyələrində boşluq olub, çoxu əskik adamlardır, amma, savadlı insanlara meydan sulayırlar.
Məsələn, sən, Osman Nərimanoğlu, hansı təhsilə maliksən? Hansı istəyə, hansı mədəniyyətə, savada malik olduğunu artıq çoxdan bilirik. Bir stol qoyaq Gəncənin istənilən məkanında, qarşına da bir vərəq-qələm, deyək savadlı bir publisistik yazı yaz, bacarmazsan. Publisistika, jurnalistika ağzına nə gəldi yazmaq deyil. Burada böyük peşəkarlıq tələb olunur. Yazmaq azdır, gərək yazdıqlarınızın içində də bir şey ola. Elə ona görə də sənin “yaradıcılığının” böyük hissəsi yalnız insanları aşağılamaqdan, yalandan-palandan ibarətdir.
Bəli, mən yalnız kitablarımın satışından gələn gəlir ilə ailəmi dolandırıram və bununla fəxr edirəm. Baxmayaraq ki, yazdığın, aşağıladığın insanlar haqqında sən və curlarından da çox məlumatlara malikəm, bu mənə insanların gördükləri yaxşı işləri tərənnüm etməyə mane olmur. Çünki, mən azərbaycanlıyam, xalqımı sevdiyim üçün də onlara məhəbbətlə yanaşıram. Rəhbəri olduğum Elm, təhsil, mədəniyyət portalı sənin xoşuna gəlmir. Niyə? Çünki, xalqımızın mili-mənəvi dəyərlərini, insanların bu yolda fədakar əməyini tərənnüm edirəm? Orada dərc olunan yazıların birini də hazırlamağa qadir deyilsən. Sənin bu işə nə savadın, nə bacarığın yetməz. Çatmadığı üçün də yazıçılığı, publisistikanı özünə həyat tərzi seçmiş insanı bəşəri ideyaları təbliğ etdiyi üçün ələ salırsan. İndiki cəmiyyətin istəyi ilə bəlkə də bu, gülüncdür. Lakin, bu bacarıq allah vergisidir. Səndə də bu bacarıq və istək varsa, buyur, heç olmasa bir yazı hazırla və onu oxucuların ixtiyarına ver. İnsanlar haqqında yalan və təhqir yazmaq daha asandır?
Tərbiyə ilə tərbiyəsizliyi ayıra bilmirsən. Namuslu bir yazar haqqında bu təhqir və böhtanları yazan insanın tərbiyəli olmasına şübhəmiz vardır. Küçə qanunları belə sənin həyatda və jurnalistikada sərgilədiyin hərəkətləri qəbul etməz. Amma öz düşüncələrinizi, həyati məqsədlərinizi bizə zorla sırımaq istəyidir sizi bu qədər hədəqədən çıxardan. Bizdən nə istəyirsən? Nə veribsən, ala bilmirsən? Kimə arxalanırsan? Kimlərin qisasını bizdən alırsan- bu xalqı və dövləti sevməyənlərin qisasınımı? Ümumiyyətlə, sən kimsən? Bizim taleyimizin, həyatımızın, sənətimizin ağasısan? Bəlkə gedib başqa bir işlə məşğul olasan? İnsanları, yaşamaqdan, həyatdan bezdiribsən. İstəyin nədir? Özünü kim hesab edirsən? Fikirləşmirsənmi ki, insanlar səni məhkəmələrdə çürüdər, axırına çıxar, lap düzgün də edər?!.
Birdə axı, sən niyə jurnalistsən? Bu sənətə niyə gəlmisən? Başlayacaqsan, tutuquşu kimi təkrar etməyə:- Mənim jurnalist sənətim, mənim nə bilim nəyim… Sən jurnalist deyilsən. Heç vaxt da olmamısan. Belə getsə, heç vaxt da ola bilməyəcəksən. Sadə insanları “jurnalistəm” deyə aldatmaq asandır. Bəs jurnalist kimi insanların yaddaşında necə qalacaqsan? Jurnalistikaya gətirdiyiniz şərbazlıq, gözdən salmaq, qarayaxmaq kimi gərəksiz bu janrı heç bir ölkənin insani qanunları qəbul etmir. Sən heç jurnalistikada janr üslubunun nə olduğunu belə bilmirsən. Bunu dərindən bilmək üçün insanlar illərlə bu sənətin sirlərini öyrənir, təhsil alır, təcrübə toplayır. Sənsə bir domen və bir noutbuk ilə illərlə peşəkarlara peşəkarlıq dərsi keçməyə cəhd edirsən. Bunu ancaq xəstə təxəyyülə malik insanlar edə bilər. Xəstəsənsə, mütləq həkimə müraciət et. Sənə yalnız onlar kömək edə bilər!
Sənin haqqında yazdığım məqalədə jurnalist materialının necə hazırlandığını qeyd etmişəm. Fikirləşirdim ki, bunları oxuyub, savadını artırar, daha yazılarında, əməllərində səhv etməzsən. Bunu da sənə yazığım gəldiyi üçün etmişdim. Sənə işarə vururdum ki, bu səhvi bir də etmə. Heyhat!
Sizin savadlanmağa nə ehtiyacınız var ki?.. Sizlərin beyninə girib ki, sizdən savadlı, sizdən qeyrətli, sizdən alicənab heç kim yoxdur.
Sənin bəxtin onda gətirir ki, insanların böyük əksəriyyəti korrupsiya əməllərinin faş olacağından qorxurlar. “O olmasın, olsun bu” misalı elə onlar üçün deyilib. Ona görə də səndən qorxur, sənin cinayətlərini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxırlar. Bununla da öz canlarını qurtarmış olurlar. Zorla hadisələrə müdaxilə etmək, hadisələri istədiyin axara yönəltmək olmaz. Bu, bir cinayətdir. Hamı bilir ki, sən 2018-ci ildə Gəncə Regional Kollecin rəhbərliyini şantaj edirdin. Amma, o bundan qorxmadı və sənə istədiyin o 1000 manatı vermədi. Bu hadisələrin canlı şahidi elə mənəm. Sadəcə Fəxrəddin Zeynalovla söhbətini mənim yanımda etdiyini yadından çıxardıbsan. O gündən səninlə əlaqəni üzdüm. Çünki, sənin jurnalistikadan məhz nə istədiyini anladım.
Onda kollecin direktoru Fəxrəddin Zeynalov dövlətimizin başçısı tərəfindən yüksək etimada, “Tərəqqi” medalına layiq görülmüşdü. Və onu istəməyən kimlərsə səni qabağa verib, onu məhz bu vaxtda aşağılamağa təhrik etmişdi. Bəlkə də bu, sənin özünün təşəbbüsü idi. Nə bilmək olur indiki cəmiyyətin istəyini… Başımıza gəldiyi üçün onu indi gözəl anlayırıq. Vətənpərvərlik tərbiyəsinin və humanizmin təbliğinə görə layiq görüldüyüm medaldan sonra son 6 ay ərzində 3 dəfə Gəncənin bir qrup insanları tərəfindən təhqirlərə və təzyiqlərə məruz qalmışam. Sənin hücumun artıq bu təzyiqin və hücumun 3-cü hadisəsidir.
O vaxt heç kim sənin bu əməlinə şərik olmaq istəmədi. Bu gün həmin hadisələrə istədiyin donu geyindirmək istəyin və etdiyin əməlin cinayət məsuliyyətindən qaçmaq arzun səni yaralı canavara çevirib. Özündə güc tap, düzünü de, kollecin müəllimini nə ilə qorxuzub bu təkzibi alıbsan? Reketsən? Banditsən? Axı o, həqiqətən də sənin haqqında belə düşünür. Axı, 2018-ci ildə bu hadisələr həqiqətən də bizim yazdığımız kimi cərəyan edib. Şəxsən mən öz səhvimi boynuma alardım. Əzab çəkərdim, eləcə də bu işdən əl çəkərdim. Məsələn, düşünürəm ki, onların səsinə səs verən insana xəyanət edən bu pedaqoqlar bu qədər başağrısına layiq deyillərmiş. Sən də özlüyündə hardasa haqlısan, elə mən də. Lakin bu, nə sənə, nədə mənə haqq qazandırmamalıdı. Mən də işimdə səhv buraxmasaydım, bunu daha tez kəşf edə bilərdim. Başa düşərdim ki, o biz deyil, sadəcə pedaqoqdu, istədiyi vaxt onu qorxuzub, ya aldadıb, fikrini dəyişdirə bilərlər.
Bu müraciətimi təhqir kimi qəbul etmə. Çalışdım ki, hər şeyə insani nöqteyi nəzərdən yanaşım. Əgər sözün varsa, açıqlama ver, amma, təhqirdən əl çək və camaatın dediyi kimi, “yazını başqalarına yazdırma”. Cəmiyyətə gərəkli bir iş gör, mənim şəxsiyyətimə, işimə və istəyimə, eləcə də özünün əməllərinə əsl jurnalist qiymətini ver.
Gəncə Regional Kollecinin müdiriyyətinə məlum olay ilə bağlı müraciətimin surətini də yazıma əlavə edirəm. Oxu və nəticə çıxart.
P.S. Osman Nərimanoğluna həsr etdiyimiz bu yazıya hələ də bir cavab yoxdur. Oxumamış deyildir, yəqin sadəcə nə yazmağı fikirləşir. Qoy fikirləşsin, bir il də olsa, gözləmək qərarına gəlmişik. Əlbəttə ki, onun bu hədyanlarını sənədləşdirib, məhkəməyə də müraciət edə bilərdik. Amma, etmədik. Qoy, bu mövzu elə açıq olaraq da qalsın, deyə!
Böyük məmnuniyyətlə cavab yazısını səndən gözləmək ümidi ilə:
Ruhulla Zahidov, yazıçı-jurnalist, tərcüməçi, publisist.