“Ordumuz qürurumuzdur”

24 iyun 2019-cu ildə Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 26 İyun Azərbaycan Silahlı Qüvvələrinin Yaranması günü münasibəti ilə “Ordumuz qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri MKS-nin direktoru Gülnarə Nəsibova açdı. Söz Oxu zalının müdiri Sevda Əliyevaya verildi. Oxu zalının müdiri Sevda Əliyeva Silahlı Qüvvələr gününün yaranması haqqında geniş məruzə ilə çıxış etdi. Məruzəçi hazırda Ordumuzun vəziyyətindən danışaraq Azərbaycanın öz torpaqlarını müdafiə etməyə qadir, çox güclü ordusu olduğunu vurğuladı. Məruzə ərtafı çıxışlar oldu. Avtomatlaşdırma şöbəsinin müdiri Aygün Əliyeva, Şahməmmədli kənd kitabxana filialının kitabxanaçısı Rəxşəndə Xəlilova, fəal oxucu Balakişiyeva Nigar məruzə ərtafı çıxışlar etdilər. Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular. Silahlı Qüvvələrimizin keçdiyi yol haqqında video kadrlara baxdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.