Ombudsman: “Ermənistanın minalarla bağlı etirafı müharibə cinayətlərini sübut edir”

“Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib.

Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.”

Etmtv.news xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.