Hələ qədimdən Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq, vətənimizi düşmən ayağına verməmişlər. Belə qəhrəmanlardan biridə Xəlilbəyli Təbrizdir. O,qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü. O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Xəlilbəyli Təbriz Xəlil Rza oğlunun anadan olmasının 55 illiyi münasibətilə “Ölümsüzlük zirvəsi” başlığı altında söhbət keçirildi.
Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova iştirakçıları salamlayaraq, qəhrəmanın qisa həyatından, daim xatirələrdə yaşayacaq böyük vətən , torpaq sevgisindən, xalqına məhəbbətindən və bu yolda göstərdiyi igidlikdən, şücaətdən söhbət etdi.
Tədbirdə 15 saylı tam orta məktəbin bir qrup müəllim və IV sinif şagirdləri iştirak etdilər.