Gəncə Dövlət Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Elçin Cavadov özünün Facebook hesabında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu şəhər ziyalıları adından özəl günü münasibətilə təbrik edib.
Qeyd edək ki, Elçin Cavadov Gəncənin sayılıb-seçilən, demokratik fikirli ziyalılarından biridir.
Təbrikdə deyilir:
“26 mart – hər zaman rəhbərlik etdiyi şəhərin vətəndaşının yanında olan, onun çətinlikləri və problemlərini diqqət mərkəzində saxlayan, xüsusilə yardım və köməkliyini əsirgəməyən sadə və səmimi insan, Dövlətini, Millətini və Ali Baş Komandanını sevən rəhbər, Qarabağ qazisi, dəyərli insan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun ad günüdür. Niyazi müəllim ən çətin zamanlarda belə təmkinini qoruya bilən adamdır, dövlət məmuru üçün tələb olunan bütün keyfiyyətlər onda var. Gəncə sakinləri onu sevir, böyük hörmət və ehtiramla yanaşırlar, çünki Niyazi müəllim qarşısındakı insanları dinləməyi bacarır, onların problemini öz problemi sayır, bacardığı qədər bu insanlara köməklik edir. Niyazi Bayramov Gəncəyə başçı təyin edilən gündən şəhərdə sakitlik yarandı. İnsanlar indi tam sərbəstdir, heç bir sahibkar incidilmir. Hamı öz işi gücü ilə məşğuldur.
Cənab Başcı, Sizi təbrik edirəm, Allahdan Sizə möhkəm can sağlığı, firavan həyat, ailə xoşbəxtliyi, cətin və şərəfli işinizdə uğurlar arzulayıram.
AD GÜNÜNÜZ MÜBARƏK, NİYAZİ MÜƏLLİM!”
Redaksiyadan: Qeyd edək ki, Elçin Cavadovun bu postunun altında çoxlu şəhər sakinləri rəy yazaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu doğum günü münasibəti ilə təbrik etmiş, şəhər rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirmiş, onun hər bir şəhər sakininin müraciətlərinə xüsusi həssaslıqla yanaşmasını, Gəncədə şəhid ailələri, qazilər və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsini xüsusi olaraq vurgulamışlar.
Mən də təbriklərə qoşuluram. Cənab Niyazi Bayramovu təbrik edirəm. İşlərində uğurlar diləyirəm