Olimpiada suallarından 9-u səhv olub?

Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində dörd sualda kiçik texniki səhv olub.

Etmtv.news  xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.

“Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”, – məlumatda bildirilib.

Qeyd edək ki, mediada Respublika Fənn Olimpiadalarının 23 fevralda yuxarı yaş qrupları üçün keçirilən yarımfinalında riyaziyyat üzrə verilmiş 30 sualdan 9-unun səhv olduğunu iddia edən xəbərlər yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.