“Odlar Yurdu” Gənclər İctimai Birliyinin Könüllüləri “Təbiətin Keşiyində” adlı düşərgədə

Azərbaycan Respublikasının Gənclər Fondu, İDEA İctimai Birliyi (IDEA Campaign) və Azərbaycan Skautlar Assosiasiyasının (Azərbaycan Skautlar Assosiasiyası – Association of Scouts of Azerbaijan) maliyyə dəstəyi ilə təşkil olunan “Təbiətin keşiyində” adlı növbəti düşərgəyə start verilib. Düşərgədə Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllüləri Orxan Məmmədov və Fuad Cəfərli də iştirak edib.

IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən “Təbiətin keşiyində” düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir.
Göygöl Milli Parkında 6-8 fevral tarixində baş tutan düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçirilib, həmçinin gənclərə musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. sürprizlər olunub.

Azərbaycan Dövlət Aqrar Universitetininin Aqronomluq Fakultəsinin 1 kurs tələbəsi, Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllülər üzrə koordinatoru Orxan Məmmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.