“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı Almaniyada təmsil edəcək

Birliyimizin tərəfdaşı olduğu “Young Journalists” adlı, Erasmus+ (youth exchange) proqramı çərçivəsində həyata keçiriləcək layihə qalib olub.
Bu o deməkdir ki, Almaniya, Bolqarıstan, Makedoniya, Ruminiya, Macarıstan və Türkiyədən olan ümumilikdə 42 nəfərin iştirak edəcəyi layihədə Azərbaycan 5 nəfərlik heyyətlə təmsil olunacaq.
Layihənin keçirilməsində əsas məqsəd jurnalistika elminin gənclər arasında yayılmasını təmin etmək, gənc jurnalistlərin formalaşmasını sürətləndirmək, həmçinin sosial şəbəkələrdən düzgün istifadə qaydalarını gənclər gənclər arasında təbliğ etməkdir. Layihə müddətində gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq gənclər şəbəkəsinin qurulması məqsədilə və ölkələrin mədəniyyətlərinin, tarixlərinin tanıdılması məqsədilə mədəniyyət axşamları və bir sıra fəaliyyətlər həyata keçiriləcəkdir.

Layihə 2 – 9 dekabr tarixlərində Almaniyanın Vürzburq şəhərində baş tutacaq.

“Odlar Yurdu”  Gənclər İctimai Birliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.