Növbəti beynəlxalq metodiki vəsait mədəniyyət işçilərinin istifadəsinə təqdim olunacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Əl sənətləri texnologiyası. Ebru” adlı növbəti beynəlxalq metodiki vəsaiti işıq üzü görüb.

Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırlanmış vəsait mədəniyyət evlərinin nəzdində yeni dərnəklərin açılmasına səbəb olacaq.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir və MEMİM-in direktoru Asif Usubəliyevin rəhbərliyi altında nəşr edilən metodiki vəsait ebru sənətinin texnologiyası, üsulları, ebru sənəti üzrə kurs proqramı, modul, məzmun və digər mövzuları əhatə edir.

Qeyd edək ki, metodiki vəsaitin Bakıda və regionlarda Yunus Əmrə İnstitutu ilə birgə təqdimatı planlaşdırılır. Sənətkarlıq dərnəklərində unudulmaqda olan sənət növlərinin bərpası, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində işlər aparılır, həmçinin regionlarda fəaliyyət göstərən mədəniyyət mərkəzlərində ebru sənəti üzrə dərnəklərin açılması da nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.