“XƏMSƏ” Estrada ansamblı – II yazı
Bu gün istedadlı Azərbaycan gəncliyi sözün əsl mənasında təbiətin bizə bəxş etdiyi bir nemət olaraq diqqət mərkəzində olmağı bacarır. Müdriklərin deyimdə belə bir misal vardı ki, torpaq tərkibində qızıl olsa da o yalnız istehsal prosesindən sonra həqiqi qiymətini alır. Əsl istedad da belədir. Cilalandıqdan sonra özünü təsdiq edir və qiymətini alır. Təbii ki, əsl istedadın üzə çıxması üçün isə mövcud şərait və imkanlar olmalıdır. Düşünürəm ki, bu gün vətənimiz Azərbaycanda gənc istedadların inkişaf etdirilməsi, tanınması üçün imkanlar yaradılıb və bu imkanlardan yararlanma faizi kifayət qədərdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün vətənimizdə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil etməkdədir. Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edilməklə, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin” təsis edilməsi, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı”, “Dövlət gənclər siyasəti” haqqında olan qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı” da bu qəbildəndir. Mübağiləsiz qeyd etmək lazımdır ki, bu gün qəbul edilən hər bir qanun, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərməkdədir.
Bu gün Ulu Şeyx Nizami yurdunda Gəncə Dövlət Filarmoniyasının tərkibində fəaliyyət göstərən “Xəmsə” Estrada ansamblı haqqında söhbət açmaq istəyirəm. Həmsöhbətim isə ancamblın rəhbəri Şəhriyar Tağıyevdir.
Tağıyev Şəhriyar Əjdər oğlu 04 mart 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhər 5 saylı tam orta məktəbini bitirib. 2005-ci ildə Gəncə Musiqi Kollecinin “Qarmon” fakültəsinə daxil olub və 2009-cu ildə həmin fakültəni bitirib. Bu gün “Xəmsə” Estrada ansambılının musiqi tərtibatçısı kimi fəaliyyət göstərən Elvin İsgəndərovla birgə Bakı şəhərində 2009-cu ildə ilk dəfə olaraq “Hicaz” qrupunu yaradaraq fəaliyyətə birgə başlayıblar. 2017-ci ildən isə fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Gəncə Dövlət Filarmoniyasının tərkibində “Xəmsə” Estrada ansamblının yaradılmasına nail ola biliblər. Məhz bu ansanbılın formalaşmasında Respublikanın Xalq artisti Samir Cəfərov və Əməkdar artist Teymur Əmrahın birgə yaxından dəstəyi, köməkliklərini böyük şükranlıqla xatırlayan Şəhriyar Tağıyev uğurları haqqında danışır.
-2017-ci ildə Respublianın Xalq artisti Samir Cəfərov və Əməkdar artist Teymur Əmrah Dövlət Filarmoniyasına rəhbərlik etmək üçün Gəncə şəhərinə gəldilər. Bu iki şəxin məhz bizim üzərimizdə çox böyük zəhmətləri var. “Xəmsə”nin formalaşmasında Əməkdar artist Teymur Əmrahın xüsusi qayğısı və professional sənətkar olaraq məsləhətlərindən hər zaman bəhrələnmişik.
-Bu gün “Xəmsə” Estrada ansamblının fərdi xüsusiyyətləri nədən
ibarətdir?
-Əsasən deyim ki, ansambılda alətlərin ifa tərzi fərqlidir. Təkcə region üzrə bizim ansambıldadır ki, baskitaradan istifadə olunur. Ansambılımız on nəfərdən ibarətdir. Bu ansambılın ifa tərzi və alətlər üzrə formalaşmasında bir daha qeyd etmək istəyirəm ki, Teymur Əmrahın böyük zəhməti var. Məhz bu kollektiv 13 yanvar 2019-cu ildə Heydər Əliyev Sarayında Teymur Əmrahın təşəbbüsü ilə keçirilən solokonsertində onu müşayət etdi. Bu yeni yaradılan kollektivə böyük dəstək demək idi.
-Necə bilirsiz belə bir heyətlə çalışmaq çətin deyilmi?
-Əslində deyərdim ki, çətinliyi var. Məqsədimiz hər bir musiqinin düzgün formada tamaşaçılara aşılanmasıdır. Əsasən məşq proseslərinin gündəlik və davamlı olması çətinlikləri aradan qaldırmış olur. Xüsusi olaraq repertuarın düzgün formalaşdırılması üçün daha diqqətli olmağımız vacib şərtlərdəndir. Müəyyən alətlərin ifaçılarının Qərb regionunda olmaması əsas çətinliklərimizdəndir. Bu gün xüsusi olaraq ifaçılarımız yəni estrada formatında xanım müğənnilərimiz demək olar ki, yoxdur. Məhz bu baxımdan çox az sayda oxuya biləçək xanım müğənnilərimiz var ki, davamlı olaraq onlarla fəaliyyət göstərə bilirik. Bilirsiz ki, estrada mahnılarının ifasının tərzi əsasən səhnədən obrazlı ifa tərzidir. Bu baxımdan səhnədə profesional ifa tərzi əsas şərtlərdəndir.
-Repertuarınızda olan musiqilər hansılardır? Bu istiqamətdə əsasən hansı bəstəkarların musiqilərindən daha çox yararlana bilirsiniz?
-Bu gün bir çox bəstəkarların müsiqilərinə müraciətimiz olub. Repertua-
rımızın əsasən tamaşaçı duyumuna uyğun olaraq təşkil olunmasına daha çox çalışırıq. Sözsüz ki, səhnədə fərqli-fərqli tamaşaçı duyumu ilə işləmək əsas şərtdir. Bu gün repertuarımızda Cahangir Cahngirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarlarımızın əsərlərinə müraciətlərimiz olur.
-Bildiyim qədər Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq keçirilən ümumşəhər tədbirlərində də solokonsert ilə çıxışınız olub.
-Bəli Nizami Gəncəvinin anadan olmasının 880 illik yubiley ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən ümumşəhər tədbirlərində də çıxışlarımız olub. Həmçinin məhz bu tədbirlər çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə ayrıca olaraq solokonsertlə çıxışımız da böyük maraqla qarşılanıb. İlk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinə müraciət etdik. Bu bizim kollektiviz üçün də böyük sınaq demək idi. Çünki ilk dəfə idi ki, ayrıca olaraq solokonsert ilə tamaşaçıların görüşünə gəlirdik. Bildiyiniz kimi Nizami Gəncəvinin əsərlərinə hər zaman Xalq Çalğı Alətləri ansambılı və Kamera orkestrının ifasında müraciətlər olub. Bizim ifamız isə tam fərqli bir ifa olaraq tamaşaçılar tərəfindən də xoş qarşılandı. Deyərdim ki, uğurlu alındı.
-Bu gün estrada janrında xalq mahnılarına da müraciətlərinizə rast gəlinir. Bu necə alınır? Bir qədər yadlaşma olmurmu?
-Doğru deyirsiniz. Hərdən belə də olur. Biz burada əsasən xalq mahnılarına müraciət etdikdə ritmlərini dəyişirik. Estrada janrında daha çox sərbəstlik verildiyi üçün olur ki, xalq mahnılarına müraciətlərimiz tamam fərqli olur. Mümkün qədər mahnının əsas ifa tərzinə toxunmadan improvizələr edirik. Əsas bu kimi improvizələrimiz alətlərin ayrı-ayrılıqda ifasında olur. Bu fərqlilik isə tamaşaçının zövqünə oxşayırsa demək ki, istəyimizə nail oluruq.
-Varmı sıranızda ki, özünü doğruldan və ya doğrultmayanlar olsun?
-Sözsüz ki, estrada janrında ifa tərzi tamamilə fərqlidir. Düşünürəm ki, daha çox improvizələr əsas olaraq tamaşaçı üçün maraq doğurmalıdır. Bu isə kollektivizdə məncə də alınır. Deməzdim ki, özünü doğrultmayanlar var. Əsası isə kollektivizin gücünə bələdik. Bu isə həm də repertuarın hazırlanması və tələblərimizdə əsas şərtdir. Məhz bu baxımdan tələb və məqsədimiz bəllidir. Bu baxımdan üzvlərimiz sırasında özünü doğultmalar daha çox üstünlük təşkil edir. Əsasən isə daha çox şansımızı alətlərin aranjirovkasında sınayırıq. Bu isə uğurlu olur. Məhz bu kimi problemləri isə musiqi tərtibatçımız olan Elvin İsgəndərovla birgə həyata keçiririk.
-Ansambıla yeni musiqi alətlərinin cəlb olunması haqqında düşünürsünüzmü?
-Tam olaraq istəməzdim. Əgər belə olarsa estrada ansambılı deyil sinfonik orkestri olaraq təqdim oluna bilərik. Təbii ki, bunu da istəmirəm. Ancaq gələcəkdə yeni dörd nəfərdən ibarət skipka, tranbon, tenor kimi alətləri də əlavə etmək istərdim. Əsası isə xanım ifaçıların bu istiqamətdə hazırlanması əsas məqəsdlərimizdəndir.
-Bu gün yeni repertuar planlarınız haqqında nə deyə bilirsiniz?
-Bu istiqamətdə kollektivlə birlikdə yeni musiqilər hazırlanır. İstəyirik ki, hər bir çıxışlarımız tamam fərqli və yeni musiqilərlə zəngin olsun. İnşallah səhnədə olan çıxışlarımız bu istiqamətdə gördüyümüz yenilikləri təqdim edəcək. Tofiq Quliyevin “Qaytağı”sına müraciət etmək niyyətindəyik. Niyə də olmasın. Bir sıra potensial gücümüzü nümayiş etdirməklə yeniliklər etmək istəyirik. Əsas isə fərqli ifalara üstünlük vermək niyyətindəyik.
Bu gün qeyd etmək istərdim ki, istedad elə bir işıqdır ki, onu qorumaq və inkişaf etdirmək naminə davamlı olaraq fəaliyyəti yaradıcılıq axtarışalrında axtarmaq gərəkdir. “Xəmsə” Estrada ansambılının üzvləri isə bu etimadı doğrultmaq üçün axtarışlardadır. Gəncliyə və gələcəyə olan ümidin işığı olaraq.
Anar Burcəliyev,
Teatrşünas-tənqidçi.
Allah uğurları maşaAllah olsun