Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri tərəfindən ziyarət olunub

 II Qarabağ Vətən müharibəsi şəhidləri- Əli Süleymanovun, Hikmət Səfərovun, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram İmanovların, Əkbər Hüseynovun, İsrail Cəfərzadənin, Səbuhi Əsədovun, Atamalı Musaoğlunun və Hilal İmanzadənin ailə üzvləri Gəncədə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.
Ziyarəti Bakı şəhərindən təşkilatçılar: Respublikanın Əməkdar artisti Nərgiz Əliyeva, Sevda Əliyeva, Gəncə şəhərində isə Taleh Orucov təşkil ediblər.
Şəhidlərin ailə üzvləri Gəncə şəhərində olduqlarından razı qalmışlar. Onlar şəhid və qazi ailələrinə dövlət qayğısından danışaraq ölkə rəhbəri Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov şəhidlərinin ailə üzvlərinə Nizami Gəncəvi Məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət etdikləri üçün öz minnətdarlığını bildirmiş, bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.