Niyazi Bayramov şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb

Ölkənin hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də Vətən müharibəsi zamanı həlak olan şəhidlərimizin ruhu əziz tutulur, onların ailələri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını qurban vermiş şəxslər diqqət və qayğı ilə əhatə olunurlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Görüşdə işlə təminat, maddi yardımın göstərilməsi, mənzil uçotuna alınma və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Niyazi Bayramov qeyd edib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Müraciətlərinin araşdırılaraq, qanun çərçivəsində həlli istiqamətində şəhər rəhbəri tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.