Niyazi Bayramov şəhid ailələri və qazilərlə görüşüb

Gəncədə şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Şəhər rəhbərliyi səviyyəsində onlara daim qayğı göstərilir, problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq bu kateqoriyadan olan şəxslərlə görüşür, onların qayğıları ilə maraqlanır, müraciət və təkliflərini dinləyir.
 Gəncə Şəhər İcra Hakimiyyətində növbəti belə görüş baş tutub. 20-dən artıq şəhid ailəsi üzvünün və Vətən müharibəsi iştirakçısının qatıldığı görüşdə hər bir sakinin müraciəti tək-tək dinlənilib. Müraciətlər arasında fərdi yaşayış evinin inşasına köməkliyin göstərilməsi, işlə təminat, maddi yardımın ayrılması, şəhid yoldaşının məzarının bərpası, mənzil növbəsinə götürülmə və digər məsələlər üstünlük təşkil edib.
Səsləndirilən müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Şəhid ailələri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.