Niyə icra hakimiyyətlərinin saytları bir-birinə bənzəyir? Elə bil GəncəTəhsil İdarəsinin facebook səhifəsidir!..

Hər gün inofrmasiya və texnologiya əsrində yaşadığımızı dəfələrlə təkrarlasaq da, bəzi qurumların hələ də keçən əsrdə qaldıqlarını görmək mümkündür. Bunun üçün sadəcə onların internet saytlarına baş çəkmək yetərlidir.

Etmtv. news xəbər verir ki, bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın və “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev fecebook profilində maraqlı bir problemə toxunub.

N.Mehdiyev ölkənin inzibati vahidlərinin – icra hakimiyyətlərinin veb-resurslarının hamısının sanki inkubatordan çıxdığından gileylənib:

“Niyə Azərbaycan rayonlarının icra hakimiyyətlərinin saytları bir-birinə oxşayır? Bu saytlar prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatları əks etdirmir. Saytlarda verilən məlumatlar standartdır və zəngin deyil. Rayonların turizm potensialı təbliğ olunmur. Yeni yanaşmadan söhbət belə gedə bilməz. İşğal olunmuş rayonlarımızın saytları isə daha bərbaddır. Elə bil işğal olunmamış rayonun internet səhifəsinə daxil olursan. Bu saytlarda işğal altında olan rayonların tarixi-mədəni abidələri haqqında məlumatlar az, foto və videolar isə demək olar ki, yoxdur. Tarixi məlumatlar və işğal faktları qeyri-dəqiqdir. Bir vətəndaş, bir gənc, bir potensial turist həmin saytlara daxil olub nə öyrənə bilər? Ümid edirəm ki, yazdıqlarım diqqəti cəlb edəcək”.

P.S. Yada ölkəmizdə fəaliyyət göstərən rəsmi qurumların, lap elə rayon və şəhər Təhsil Şəbələrinin sayt və facebook səhifələri düşür. Eyni mənzərə ilə qarşılaşan mətbuat işçiləri bu səhifələrdən məhz nədən yararlanıb-yararlanmamaqda çətinlik çəkirlər. Bütün diqqət milli təhsilimizdə gedən proseslərə yox, məhz özlərinin təbliğinə yönəldiyindən, media nümayəndələri maraqlı fikir və ideyalardan, günümüzün reallığını əks etdirən xəbərlərdən, vətəndaş sözündən də yararlanmaqdan məhrum olmuş olurlar. Bu isə media işçiləri və Təhsil rəhbərləri arasında dərin bir uçurumun yaranmasına səbəb olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.