Nişanlı cütlük karantin dövründə toy etdi

Talıb Həsənov və Türkan adlı nişanlı cütlük karantin dövründə toy ediblər.

Bu barədə “ATV xəbər” maraqlı bir sujet yayımlayıb. COVİD-19 virusunun yayılmasının qarşısının alınması səbəbindən toy şənliklərinin müvəqqəti qadağan edilməsi nişanlı cütlüyün qovuşmasına əngəl olmayıb.

”Böyüklərlə məsləhətləşərək belə bir qərara gəldik. Şərt o deyil ki, toy böyük, təmtəraqlı olsun və 600 nəfər iştirak etsin. Sevgi əngəl tanımır. Pandemiyanın bitib, toy mövsümünün başlamasını gözləyən gənclərə demək istəyərdim ki, əgər qəlbinizdə sevgi varsa, bizim kimi sadə şəkildə bəylik və gəlinliklə, sadə fotosessiya ilə anı ölümsüzləşdirmək olar” deyə, Talıb Həsənov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.