“NB Ceramic” MMC-dən nümunəvi addm: Gəncədə şəhid övladlarını himayəyə götürdü

“NB Ceramic” MMC Gəncədə şəhid övladlarını himayəyə götürüb.
“NB Ceramic” MMC 20 şəhid ailəsinin 44 övladını 18 yaşına kimi himayəyə götürüb. Şirkət hər ay tək övladı olan şəhid ailəsinə 300 AZN, iki və daha çox övladı olan şəhid ailəsinə isə hər uşağa görə ayda 250 AZN miqdarında maddi yardım göstərəcəkdir. Bu məqsədlə şirkət nümayəndələri 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid ailələrinə baş çəkib, onlara plastik kartları təqdim edib. Görüş zamanı MMC-nin əməkdaşları bütün şəhid övladlarının cəmi 44 gün ərzində torpaqlarımızı yağı düşmən əlindən xilas edən atalarının igidliklərinə görə qürur duymalı olduqlarını, Azərbaycan xalqının hər zaman onların qəhrəmanlıqlarını xatırlayaccağını bildiriblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.