Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı açıqlama

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə Nazim Əsəd oğlu Ağayev Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Ağayevin 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. O isə təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.