Naxçıvan Dövlət Universitetində debat və natiqlik üzrə silsilə təlimlər keçirilir

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Milli Debat Proqramı çərçivəsində Naxçıvan Dövlət Universitetində təcrübəli təlimçi İlkin Hüseynov tərəfindən “Debatın nitqdə və həyatımızda rolu” mövzusunda təlim keçiriləcək.

Təlimin məqsədi debat metodologiyası vasitəsilə gənclərin natiqlik və nitq mədəniyyəti sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, ictimai aktuallıq daşıyan məsələlərdə gənclərin fikir mübadiləsinin təmin edilməsi ilə Azərbaycan gənclər siyasətinin tətbiqində iştirakına şərait yaradılmasıdır.

Təlim 6 noyabr, saat 11:00-da, Naxçıvan Dövlət Universitetində keçiriləcək.

Qeyd edək ki, Debat və natiqlik sahəsində müxtəlif ali təhsil müəssisələrində silsilə təlim və görüşlər keçirilməyə davam edir.

Daha ətraflı məlumat üçün DVC-ni sosial şəbəkələrdə izləyə bilərsiniz.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.