Nəğməkar şair Nizami Qəribin yeni şeirlər kitabı işıq üzü görüb

Nəğməkar şair Nizami Qəribin ” Daha bu vağzala gəlməyəcəyəm” adlı yeni şeirlər kitabı oxucuların ixtiyarına verilib. 

Bu münasibətlə gənc şairi təbrik edir, ona yaradıcılığında uğurlar diləyirik. 

ÖTƏN ILLƏRİ

Gəzirdik dağları tutub əl-ələ,
Səni bənzədirdim, çiçəyə, gülə.
İndi göz yaşını hey silə-silə,
Xatırla keçmişi, ötən illəri.

Arada qoşardıq söz, bulaqlara,
Sevgidən salmışdıq iz bulaqlara.
Gülüm, yolun düşsə buz bulaqlara,
Xatırla keçmişi, ötən illəri.

Bahar ömrümüzdən ötdü cavanlıq,
Çökdü gözümüzə çənlik, dumanlıq.
Dəqiqə demirəm, sən bircə anlıq,
Xatırla keçmişi, ötən illəri.

Qərib deyən dilin, ah deyən zaman,
Söyüd yarpağına meh dəyən zaman,
Çəməndə çiçəyə şeh dəyən zaman,
Xatırla keçmişi, ötən illəri.

Nizami Qərib.
22.09.2021.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.