.. Azərbaycanın dövlət müstəqilliyindən danışılanda hamının gözləri önündə Ulu öndərimiz Heydər Əliyev canlanır. Çünki müstəqil Azərbaycanın adı birbaşa Onun adı ilə bağlıdır.
… Məlumdur ki, 28 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da bu sənəd sanki qüvvəsi olmayan kağız parçasına bənzəyirdi. Faktiki olaraq müstəqil dövlətin institutlarının heç biri işləmirdi. Əksinə Azərbaycan dağılmağa, suverenliyini itirməyə doğru gedirdi.
… Azərbaycan özünün əsil müstəqilliyini Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.
… Ulu öndərin qeyd etdiyi kimi müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Məhz bu fundamental konsepsiayya uyğun olaraq müstəqil Azərbaycan Respublikasının suverneliyini təmin edən möhkəm sabitlik və dövlətçilik institutlarının işi təmin edildi. Möhkəm əsaslar üzərində ölkəmizin inkişaf xətti müəyyən edildi.
… Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi.
… Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır.
… Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.
… Azərbaycan ötən 28 ildə yüksək inkişaf yolu keşmişdir. Dünyada öz layiqli yerini tutan respublikamız bu gün qüdrətli və demokratik dövlət kimi irəliləyir. Bütün bu uğurların müəllifi isə sözsüz ki, müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, banisi, yaradıcısı, qurucusu olan Ümummilli liderimiz Heydər Əliyevdir.