Musiqili Teatr “Evdə qal!” çərçivəsində beynəlxalq layihəyə imza atdı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Evdə qal!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə yeni layihəyə imza atıb. Belə ki, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçiləri virtual şəkildə bir araya gələrək​ maraqlı bir musiqi nömrəsi təqdim ediblər.​

Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menaraguez da iştirak edib. “Love” adlanan bu kompozisiyanın bəstəkarı və aranjemançısı Serhat Gündüzdür. Məkanları fərqli, məramları eyni olan​ ​ Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın təhlükəli pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə “evdə​ qalsaq da, ideya və arzularımızdan qalmırıq!” ismarışını verməyə çalışıblar.

Fəridə Aslanova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.