YAP – ın 40 saylı Kəpəz ikinci ( Gəncə) seçki dairəsindən deputatlığa namizədi Musa Quliyev seçki təbliğatına start verdi. Deputatlığa namizəd öz seçiciləri, seçki qərargahının üzvləri ilə birlikdə Gəncədə Heydər Əliyevin abidəsini, Nizami Gəncəvi məqbərəsini, İmamzadə ziyarətgah kompleksini və Cavadxan türbəsini ziyarət etdi.
Musa Quliyevin həm də şəhid və qazi ailələri ilə onların evlərində görüşü olmuşdur.
Musa Quliyevin təbliğat kampaniyasında Yeni Azərbaycan Partiyasının fəalları, şəhər ziyalıları, ağsaqqallar, Qarabağ veteranları və qaziləri, idmançılar və könüllü gənclərdən ibarət geniş tərkibdə təbliğat-təşviqat qrupu iştirak edir.