Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri Binəqədi Mərkəzi Mədəniyyət evində keçirilib.
Etmtv. news AZƏRTACA-a istinadən xəbər verir ki, konsertdə sevilən gənc xanəndələr qəsəbə sakinlərinin qarşısında maraqlı proqramla çıxış ediblər. Bir-birindən yaddaqalan ifalar tamaşaçılara əsl yay istirahəti yaşadıb. Bu dəfə Binəqədi sakinləri qarşısında tarzən Rövşən Qurbanov və kamança ifaçısı Ceyhun Muradovun müşayiəti ilə xanəndələr Almaxanım Əhmədli, Ayşən Mehdiyeva və Valid Abdullayev çıxış edib.