Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə hərbi sirrləri paylaşmamaqla bağlı növbəti dəfə müraciət edib.
Etmtv. news xəbər verir ki, nazirlik “Hər sirri paylaşma”, “Düşmən hər şeyi görür”, “Çəkmə, paylaşma”, “Hərbi sirri paylaşma, sakit dur” çağırışları ilə vətəndaşlardan ayıq-sayıq olmağı xahiş edib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə düşmənə hərbi sirrin ötürülməsi üçün fakt ola biləcək bir sıra fotolar, videogörüntülər paylaşılır. Bəzi istifadəçilər hərbi texnikanın, cəbhəyanı ərazilərin, hərbi qulluqçuların foto və videogörüntülərini paylaşırlar.