«Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».
Etmtv.news Turkustan.info-ya istinadən xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi İnstagram hesabında payalaşaraq yeni müjdəli xəbəri izləyicilərlə bölüşüb. O, bildirib ki, mart ayından etibarən Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi sularda üzməyə başlayacaq:
“Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına”. /A24.Az/