“Sertifikasiya imtahanında uğur qazanan müəllimlərimizin əmək haqqlarında artımlar olacaq. Təbii ki, istənilən halda əmək haqqı artımı müsbətdir və davamlı olmalıdır. Bununla belə, diferensial əmək haqqı sisteminin təkmilləşdirilməsi və daha ədalətli mexanizmlər ilə maaş artımlarına gedilməsi olduqca vacibdir”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faz artır:
“Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 minin əmək haqqısında 35 faiz artım olacaq. Yəni, imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.
Mövcud qaydalar ilə sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir. Yəni, 50 bal toplayan ilə 30 bal toplayanın əmək haqqısında eyni artım nəzərdə tutulur. Digər tərəfdən, 51 sualı düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əmək haqqısı 10 faiz artır.
Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 48 və daha yüksək bal toplamış müəllimlərimizin əmək haqqlarının da 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin.
Qeyd edək ki, son illər təhsilə ayrılan vəsaitin həcmində artımlar qeydə alınır. 2024-cü ildə də artımlar davam edəcək. Bu sahədə dövlət siyasəti güclənməkdədir. Belə ki, bu ilin büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur. Deməli, dövlət büdcəsindən ayırmaların artması fonunda diferensial əmək haqqı mexanizmi qənaəti deyil, daha yüksək nəticələri təşviq etməlidir”.