Müəllim olmaq istəyənlərin nəzərinə – Məkan dəyişdirildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimində uğur əldə edənlərin müsahibəsi orta təhsil müəssisələrində baş tutacaq.

Etmtv. news AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadəyə məlumat verib.

Məlumata əsasən, namizədlərin əlavə yerləşdirmə üzrə müsahibə mərhələsi 2-3 sentyabr tarixlərini əhatə edəcək. Əvvəlkindən fərqli olaraq, bu dəfə müsahibə Azərbaycan Texniki Universitetinin idman zalında deyil, orta təhsil müəssisələrində baş tutacaq. Namizədlərin hansı məktəbdə müsahibə verəcəkləri onların şəxsi hesablarına göndəriləcək.

Bildirilib ki, müsahibədən keçən namizədlər müddətsiz əsaslarla işlə təmin olunacaqlar.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi dünən başa çatıb.

İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 996 namizəd elektron ərizəsini təsdiqləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.