Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi davam edir.
Proqram çərçivəsində ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost yay məktəbi iştirakçılarına mühazirə deyib. M.Babadoost dünyada aqrar təhsil, aqrar təhsilin inkişaf tarixi, ADAU-da təhsilə dövlət dəstəyi, təhsilin səviyyələri, ölkəmizin kənd təsərrüfatı potensialı barədə danışıb.
Sonda professor Mohammad Babadoost tələbələrin suallarını cavablandırıb.