Mirzə Şəfi Vazehin 225 illiyinə həsr olunmuş konfrans

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mirzə Şəfi Vazehin ev muzeyində böyük mütəfəkkir şair Mirzə Şəfi Vazehin 225 illiyinə həsr olunmuş konfrans keçirildi.

Konfransı giriş sözü ilə AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq Xəzangül Hüseynova açdı. O, Mirzə Şəfi Vazeh haqqında müfəssəl məlumat verdi.

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev çıxışında Mirzə Şəfi ilə Alman filosofu və şairi Bodenştedtin qırılmaz dostluq əlaqələrindən söhbət açıb bildirdi ki, Almanyada Bodenştedtin heykəli ucaldılıb. Fərəhli haldır ki, heykəlin əlindəki kitabda Mirzə Şəfi Vazehin adı yazılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri Xanım Zahirova, Bakı Slavyan Universitetinin müəllimi Murad Muradov, AYB-nin üzvü, Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq Sahib İbrahimli, Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, şair Zahir Şirani çıxış etdilər.

Konfransda ARB Tv-nin regional rəhbəri İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Əliyev, şairlərdən Aləmzər Əlizadə, İmamverdi Məmmədov, Rəhim Qurbani, Qivami Qazıyev, Lamiyə İsazadə, Eltun Türkel, Fatimə İmamquliyeva, Minayə Abdullayeva da iştirak edirdilər.

Konfransdan sonra Mirzə Şəfi Vazehin ev muzeyinə baxış keçirildi və xatirə şəkilləri çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.