Görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin anım günü ilə əlaqədar onun adını daşıyan Gəncə şəhər 39 saylı orta məktəbin V-Vı sinif şagirdləri və Kəlbəcər rayon 11 saylı orta məktəbin şagirdləri muzeyi ziyarət etdilər. Məktəblilərə Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə bağlı geniş ekskursiya keçirildi.
Şagirdlər ədibin büstü qarşısına tər qərənfillər düzdülər.
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin üzvləri, AYB Moskva Bölməsinin katibi Afaq xanım Şıxlı Mir Cəlal Paşayev muzeyini ziyarət etdilər. Muzeyin direktoru qonaqlara Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.
Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri şair-dramaturq Xəzangül son dövrlərdə Mir Cəlal Paşayev haqqında həsr olunan kitablardan danışdı.