Mir Cəlal Paşayev Ev Muzeyində 8 Noyabr Zəfər gününə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova , məsləhətçi Aləmzər Əlizadə, şəhid ailəsi Məleykə Bürcəliyeva , teatrşünas -tənqidçi Anar Bürcəliyev , Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev ,AMEA Gəncə bölməsinin filologiya üzrə fəlsəfə doktoru Quliyeva Ruziyə, Gəncə Uşaq İncəsənət məktəbinin direktoru Təvəkkül Hüseynli iştirak edirdi.
Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Məhəmməd Füzuli adına 22 nömrəli orta məktəbin şagirdlərinin ifasında zəfərə aid şeir və mahnılar səsləndi.Daha sonra Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifası dinlənildi.