Mingəçevir Gənclər Gününə həsr olunan müsabiqə keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “2 fevral-Gənclər Günü” münasibətilə “Heydər Əliyev və Müasir Azərbaycan Gəncliyi” mövzusunda intellektual bilik yarışı keçirilib.

Bilik yarışında regional idarənin Mingəçevir şəhər üzrə Gənc Mədəniyyət İşçiləri Kreativ Qrupu üzvləri və Gənc Mədəniyyət Könüllülərindən ibarət “Qarabağ”, “Nida”, “Güvən” və “Zəka” komandaları iştirak ediblər.

Müsabiqədən öncə qeyd olunub ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur.

Daha sonra müsabiqə keçirilib. Gərgin keçən bilik yarışının sonunda “Zəka” komandası qalib olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.