Milli Kitabxanada növbəti kitab-sərgi İmadəddin Nəsiminin yaradıcılığına həsr ediləcək

Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi – 650” adlı geniş kitab sərgisi açılacaq.

Tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.

Sərgidə Nəsiminin əsərləri, əlyazmaları, daşbasma kitabları və haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş ediləcək.

Sərgi il ərzində ictimaiyyətə açıq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.