İyun ayının 21-də Milli Kitabxanada Azərbaycanın ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Mirzə Məhəmməd oğlu Bakıxanovun (Qüdsi) anadan olmasının 225 illiyi münasibətilə “Abbasqulu ağa Bakıxanov – 225” adlı kitab sərgisi açılmışdır.
Sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında olan kitablar, qəzet və jurnal məqalələri nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.