Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib.
XeberOxu.Az-ın məlumatına görə, Birinci vitse-prezidentin bununla bağlı rəsmi İnstaqram səhifəsində etdiyi paylaşımda deyilir:
“Balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!”